Tribuna İnformasiya Agentliyi

Könül Xasıyeva: “Mehriban Əliyevanın bağışladığı mənzilə köçmüşəm”

13 Fevral

Xalq artisti, xanəndə Könül Xasıyevanın səhhətinin pisləşdiyi barədə məlumat vermişdik. Modern.az saytı sənətçimizin səhhətindəki son durumu öyrənmək üçün onunla əlaqə saxlayıb.
Könül Xasıyeva  bildirib ki, vəziyyəti xeyli yaxşılaşıb: “Hazırda çox yaxşıyam, hətta əlayam. Müalicəmi davam etdirirəm. Müalicəsiz yaxşı ola bilməzdim. Həkimlərimizə təşəkkür edirəm. Zəhmətimi çəkən bütün həkimlərə- başda Pərvin həkim olmaqla, Rəna xanıma, Səbinə xanıma öz minnətdarlığımı bildirirəm”.

Könül Xasıyeva deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ona mənzil hədiyyə edib:

“Allah Mehriban xanıma uzun ömür, can sağlığı versin. Mən indi həmin evdəyəm, orada yaşayıram. Mehriban xanım mənə Heydər Əliyev prospektində üç otaqlı mənzil bağışlayıb. Mənə burada çox rahatdır. Ölkə rəhbərliyinin sənətkarını mənzil ilə təmin etməsi, məncə, dünyanın  heç bir yerində yoxdur”.
Sənətkarın sözlərinə görə, sağaldıqdan sonra yenidən tədbirlərdə, toy məclislərində iştirak edəcək:

“Martın 17-də 50 yaşım tamam olacaq. Ayın 16-da bu münasibətlə Heydər Əliyev Sarayında konsert görüşü baş tutacaq. Konsert saat 19:00-da başlayacaq. Hər kəsi dəvət edirəm”.

Qeyd edək ki, Könül Xasıyeva onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır.