Könül Mikayılova Stolüstü Tennis Federasiyasına baş katib təyin edildibackend

Könül Mikayılova Stolüstü Tennis Federasiyasına baş katib təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Stolüstü Tennis Federasiyasında yeni təyinat olub.
TİA.AZ xəbər verir ki, Könül Mikayılova İcraiyyə Komitəsinin iclasında baş katib təyin edilib.
Qeyd edək ki, Mikayılova 1984-cü ildən stolüstü tennislə məşğul olub. Milli komandanın üzvü 1997 – 2000-ci illərdə Suraxanı UGİM-də, 2000 – 2014-cü illərdə “Neftçi İSM-də məşqçi işləyib. Federasiyada 2009-cu ildən fəaliyyət göstərən Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində çalışıb.