“Kontakt Home” məhkəməyə verildibackend

“Kontakt Home” məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə cərimə protokolu yazılıb.

TİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.İddia hakim Fərid Əmirəliyevin sədrliyi ilə araşdırılır.
Qeyd: “ABC-Telecom” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 min manatdır.