“KONTAKT HOME” ƏHALİNİ ƏLƏ SALIB, YENƏ ZAY MAL SATIB – FOTObackend

“KONTAKT HOME” ƏHALİNİ ƏLƏ SALIB, YENƏ ZAY MAL SATIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə üzrə istehlakçıları dolayan “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər səngimir. Az qala hər gün bir müştəri narazılıq edir, amma şirkət yenə də fəaliyyətini, məhsullarının səviyyəsini yüksəltmir. TİA.Az-ın məlumatına görə, bu dəfə Əli Nağı başına gələni açıqlayıb. Onun sözlərinə görə, 05.08.2022 tarixində “Neftçilər” filialindan “a33 model” telefon alıb. Telefonda fabrik problemi çıxıb, qızma, ekranda donma halları olub. Müştəri deyir ki, 18.08.2022 tarixində Zaqatala filialına video sübutlarla təhvil verib, lakin əməkdasəşlar bütün “Samsung” telefonlarında eyni problem olduğunu söyləyiblər. “Dedilər ki, vaxt itkisi olacaq, servisə göndərmə. Mən telefonu ayın 5-i götürmüşəm, 11-i tarixindən istifadə olunur, gün ərzində fasilələrlə maksimum 6 saat istifadə olunub, oyun və s. yüklənməyib,
Kontakt home və əməkdaşları, eyni halı siz yaşasaz nə edərdiz?”

TİA.Az