“KONTAKT HOME”DAN NÖVBƏTİ ŞİKAYƏT: ARDI-ARASI KƏSİLMİR… – FOTObackend

“KONTAKT HOME”DAN NÖVBƏTİ ŞİKAYƏT: ARDI-ARASI KƏSİLMİR… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüfət Bayramlı “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçi olan yüzlərlə müştəridən biridir. Bu mağazalar şəbəkəsindən elə həftə olmur ki, narazılıq edilməsin. TİA.Az məlumat verir ki, R. Bayramlı da şirkətdən şikayətini dilə gətirib. Salam hər vaxtınız xeyir. Sitat: “Şikayətim Sumqayıtda 3 mikrorayondakı ” Kontakt home” mağazasındandır. Evdən qulaqlıq alıblar hədiyyə. O biri telefonlarda ikisindən səs gəldiyi təqdirdə mənim telefonumda təkindən səs gəlmir. Məsələ üçün gedib yaxınlaşdıq. Nağıl danışırlar. Deyir gigiyenik vasitə olduğu üçün dəyişmirik, sonra karobka açılıb dəyişmirik. Bu kontakt home kimi lüzumsuz yerlərdən məhsul alanda belə olur. Deyirəm 14 gün ərzində dəyişə bilərik. Deyir rəhbərlik baxır. Nəysə siz siz olun ordan heçnə almayın”.

TİA.Az