Tribuna İnformasiya Agentliyi

“Kontakt -Home” alıcıları bezdirib!

09 İyun

“Kontakt-Home”-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!”. Vətəninfo.azxəbər verir ki,bu fikirlər “Azad İstehlakçılar İçtimai Birliyinin sədri Eyyub Hüseynov özünün facebook-da olan səhifəsində paylaşıb.Birlik sədri ona ünvanlanın şikayət məktubunu da paylaşıb və bunları qeyd edib:

“Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.Məhkəmələrdə ki, bildiyiniz kimi…”.

Qeyd edək ki, “Kontakt -Home” ilə bağlı hər gün yeni-yeni şikayətlər olsa da nədənsə həm şirkət rəhbərliyi,eyni zamanda müvafiq dövlət orqanaları səssiz qalmaqda davam edirlər.

Səbəbi isə heçkimə bəlli deyil.

Vətəninfo.az