“Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram” – Lukaşenkobackend

“Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram” – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenka deyib ki, yeni seçki olmayacaq, ancaq o, hakimiyyəti bölüşdürməyə və konstitusiyanı dəyişməyə hazırdır. Amma prezident bunu etirazçıların təzyiqi altında etməyəcəyini söyləyib.

“Mənim nəyisə təzyiq altında etdiyimi görməyəcəksiz. Təkrar seçki olmayacaq, çünki bu halda Minsk Təkər Traktor Zavodu, Minsk Avtomobil Zavodu, BelAZ olmayacaq. Hər şey yarım ilə dağılacaq”, – Lukaşenko avqustun 17-də traktor zavodunun fəhlələri qarşısında çıxışında söyləyib. Xəbəri BelTA xəbər agentliyi yayıb.

O əlavə edib ki, konstitusiyaya hakimiyyətin yenidən bölüşdürülməsini mümkün edəcək dəyişikliklər üzərində iş artıq başlayıb, ancaq detalları açıqlamayıb.