Konor MakQreqor karyerasını başa vurdu – FOTObackend

Konor MakQreqor karyerasını başa vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.

TİA.AZ xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. 30 yaşlı sabiq dünya çempionu “Twitter” səhifəsində məlumat verib:

“Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram”.

Qeyd edək ki, MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.