Konfrans Liqası: “Qarabağ” Kipr klubunu qəbul edirbackend

Konfrans Liqası: “Qarabağ” Kipr klubunu qəbul edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edəcək.

“Köhlən atlar”ın heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” – AEL (Kipr)

Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 1:1