Konfrans Liqası: “Qarabağ” Kipr klubu ilə qarşılaşacaqbackend

Konfrans Liqası: “Qarabağ” Kipr klubu ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.
TİA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki “AEK Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər – Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail “Aşdod”unu mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. AEL isə Albaniya “Vlajniya”sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
5 avqust
21.00. AEL (Kipr) – Qarabağ (Azərbaycan)
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç.
Larnaka. “AEK Arena”.