Konfrans Liqası: “Neftçi” və “Qarabağ” qrupa düşə biləcək?backend

Konfrans Liqası: “Neftçi” və “Qarabağ” qrupa düşə biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” və “Qarabağ” klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər.
TİA.AZ-ın məlumatına görə, “ağ-qaralar” İsraildə Hayfa “Makkabi”sinin, “köhlən atlar” isə Şotlandiyada “Aberdin”in qonağı olacaq.
Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışacaq. “Sammi Ofer” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. “Neftçi”nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaq.
“Qarabağ” isə Bakıda 1:0 hesabı ilə qalib gəldiyi “Aberdin”ə səfərdə ən azı uduzmamaq niyyətindədir. “Pittodri” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək oyunun baş hakimi avstriyalı Harald Lexner olacaq. Ağdam klubunda müdafiəçilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaqlar.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunları
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi”
Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)
Hayfa, “Sammi Ofer” stadionu
İlk oyun – 3:3.
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ”
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)
Aberdin, “Pittodri” stadionu
İlk oyun – 0:1