Konfrans Liqası: Gözlər Bakıda, qulaqlar Almatıdabackend

Konfrans Liqası: Gözlər Bakıda, qulaqlar Almatıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Kipr “Omoniya”sını qəbul edəcək.

Fanat.Az xəbər verir ki, pley-offa yüksəldiyi ötən tur dəqiqləşən Ağdam təmsilçisi səfərdə 4:1 hesabı ilə yendiyi rəqiblə “Tofiq Bəhramov”da üz-üzə gələcək.

H qrupunun digər matçında isə İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”la münasibətlərinə aydınlıq gəitrəcək. Daha tez başlayacq Qazaxıstandakı qarşılaşmada qonaqlar xal itirəcəyi halda, “köhlən atlar” qələbə qazanaraq sona bir tur qalmış qrup liderliyini təmin edə bilər.

Avropa Konfrans Liqası
H qrupu
25 noyabr

21:45. Qarabağ – Omoniya
Baş hakim: Morten Krox (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

S Komanda O Q H M V B F X
1 QARABAĞ 4 3 1 0 8 3 +5 10
2 Bazel 4 2 2 0 8 4 +4 8
3 Omoniya 4 0 2 2 3 8 -5 2
4 Kayrat 3 0 1 3 4 8 -4 1

 

1/8 final Pley-off