Konfrans Liqası: 1/4 final oyunları başlayırbackend

Konfrans Liqası: 1/4 final oyunları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, dörd qarşılaşmadan biri Bakı vaxtı ilə saat 20:45-də, digər 3-ü isə saat 23:00-da start götürəcək.

Bu raundun açılış matçında Çexiyanın “Slaviya” (Praqa) klubu Niderlandda “Feyenoord”la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə “Lester”in qonağı olacaq.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransa “Marsel”i Yunanıstan PAOK-unu qəbul edəcək. İtaliya “Roma”sı isə Norveçdə “Budyo Qlimt”lə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. “Feyenoord” (Niderland) – “Slaviya” Praqa (Çexiya)

23:00. “Marsel” (Fransa) – PAOK (Yunanıstan)

23:00. “Lester” (İngiltərə) – PSV (Niderland)

23:00. “Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.