Kondisionerin icadından əvvəl insanlar necə sərinləyirdi? – MARAQLI FAKTLARbackend

Kondisionerin icadından əvvəl insanlar necə sərinləyirdi? – MARAQLI FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kondisioner və ventilyator isti Yay günlərində ən yaxın dostlarımıza çevrilir. Bəs bu qurğular icad olunmadan öncə yaşayan insanlar isti havalarda necə sərinləyiblər?

Yay fəslini sevsək də, havanın nəfəs ala bilməyəcək qədər çox isti olması bizi tez -tez narahat edir və bir sərin küləyə möhtac qalırıq.

Musavat.com keçmişdə, kondisioner və ventilyator olmayan vaxtlarda insanların sərinləmək üçün hansı metodlardan istifadə etməsi haqqında maraqlı məlumatları təqdim edir.

Əsrin ixtirası: ventilyatoru olan kreslolar…

Filadelfiyada yaşamış musiqi alətləri istehsalçısı John Cram 1780-ci illərdə ağıllı bir soyutma cihazı icad etdi və bu müddət ərzində bir sıra məşhur müştərilər qazandı. Corc Vaşinqton və Benjamin Franklin kimi məşhur müştəriləri qazanan Cramın bu ixtirası tikiş maşınının məntiqi ilə işləyirdi. İnsanlar başlarının üstündə hərəkət edən ventilyatoru hərəkətə gətirmək üçün ayaqlarını işlədirdilər.

Körpələr üçün yataq eyvanı…

20-ci əsrin əvvəllərində məşhur olan bu eyvanlar həm istidə yatmaq üçün sərin bir yer oldu, həm də təmiz havaya çıxışı təmin etdi. Təbii ki, nə dərəcədə təhlükəsiz olduğu mübahisəlidir.
Dekorativ tentlər …

Kondisionerin icad edilməsindən əvvəl məşhur binaların fotoşəkillərinə baxdığınızda ilk diqqət çəkən şey demək olar ki, hər bir pəncərəyə quraşdırılan tentlərdir. Tent Günəşin istiliyini saxlayır və içəri kölgə salırdı. Bu tentlər 19-cu əsrin ikinci yarısında yeni rənglər və naxışlarla təqdim edildi və bir evin ən əhəmiyyətli dekorativ əşyası oldu.

Dogtrot evləri…

19-cu əsrdə məşhur olan Dogtrot kabinləri soyutma sistemləri ilə tanınır. Mətbəx kimi istilik yayan sahələrdən azad olan ev Yayın istisində yatmaq üçün ideal yerdir. Taxtadan hazırlanan bu evlər bir zamanlar ABŞ -ın cənub şərqində geniş yayılmışdı.
Əllə idarə olunan tavan ventilyatorları …

Əllə idarə olunan tavan ventilyatorları Hindistanda icad edilib. Bu cihazın işləməsi üçün hər il minlərlə yoxsul işçi ölkənin elitasının bir otağına toplaşır və cihazı idarə etmək üçün onun iplərini irəli-geri çəkirdi. Bəzi işçilərlə müqavilə bağlansa da, bəziləri bu işə zorla cəlb edilirdi.

Kinoteatrlar üçün soyutma sistemi…

Bahalı və möhtəşəm görünən bu soyutma sistemi kinoteatrlarda istifadə olunurdu. 1880-1890 -cı illərdə bu qurğu havalandırma sxemlərinə əsaslanaraq və elektrik ventilyatorlardan istifadə edərək kinozalları soyuda bilirdi.

Düşüncə gücü ilə sərinləmək…

1904-1910 -cu illərdə Nyu York Şəhər sağlamlıq direktoru olan Tomas Darlingtonun sərinlik tapmaq və yaxşı bir yuxu almaqla bağlı tövsiyələri heyrətləndirici idi. Çünki Darlington bunu etmək üçün düşüncənin gücü ilə sərinliyi təsəvvür etməyi təklif etmişdi və bir çox insanlar bu təklifi mənimsəyib, tətbiq edirdilər.

Turan Oruc