Tribuna İnformasiya Agentliyi

Kompüter işləmədi, 135 qadın xərçəngdən öldü

03 May

İngiltərədə hökumət kompüter nasazlığı səbəbindən müayinəyə çağrılmayan xeyli sayda qadının döş xərçəngindən dünyasını dəyişdiyini açıqlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, səhiyyə naziri Ceremi Hant İngiltərə parlamentindəki çıxışı zamanı xəta səbəbindən dünyasını dəyişənlərin ən az 135, ən çox isə 270 nəfər ola biləcəyini deyib. Hant 2009-cu ildən 68-71 yaşlı 450 min qadına müayinə xəbərdarlığı göndərilmədiyini bildirərək bunun kompüterdəki alqoritm səhvindən qaynaqlandığını qeyd edib.

Bununla da 70 yaşı tamam olacaq qadınlar sistemdən avtomatik olaraq kənarda qalıb. Hazırda onların yenidən müayinəyə çağrılmaları üçün şəxsiyyətləri müəyyənləşdirilir.