Komitədən Mətanətin işgəncə verən oğlu ilə bağlı AÇIQLAMAbackend

Komitədən Mətanətin işgəncə verən oğlu ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz İnstaqram hesabında paylaşıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində məlumat yayılan kimi dövlət komitəsi məsələni nəzəratə götürüb. Hazırda fakt araşdırılır. Araşdırmanın nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək. İstənilən halda uşaqlara və qadınlara qarşı şiddət yolverilməzdir. Bu əməllərə yol verən şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar”. (Unikal.org)