Komissiya üzvündən Əfv sərəncamıyla bağlı ümidverici xəbərbackend

Komissiya üzvündən Əfv sərəncamıyla bağlı ümidverici xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnanıram ki, prezidentimiz tərəfindən Əfv sərəncamı veriləcək”.
Bunu açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, sərt karantin qaydaları komissiya üzvlərinin bir yerə yığışmasını qadağan edir:
“Bu sərəncamın nə vaxt veriləcəyi barədə dəqiq bir şey deyə bilmərəm. Çünki pandemiyadır, Əfv komissiyasının bir yerə toplanması ilə bağlı texniki problemlər var. Bu baxımdan pandemiya zamanı çox sayda insanların bir yerə toplaşmasını qaydalar qadağan edir”.
Komissiya üzvü ümid edir ki, yığıncağın keçirilməsi üçün hansısa bir forma tapılacaq:
“Dəqiq deyə bilmərəm Əfv sərəncamı indi olacaq, ya bir az sonra. Amma bütün hallarda belə bir sərəncam veriləcək”.