Tribuna İnformasiya Agentliyi

Komissiya qərar verdi: “Əsgər” yoxsa “əskər”?

13 Sentyabr
Orfoqrafiya Komissiyasının bugünkü iclasında “əsgər” sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.
Qaynarinfo-nun məlumatına görə, iclasda Orfoqrafiya Komissiyasının üzvlərinin qərarına əsasən ictimai rəy nəzərə alınaraq sözün əvvəl olduğu kimi yazılması məqsədəuyğun görünüb.
Qeyd edək ki, bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək k hərfi ilə yazılması məqsədəuyğun sayılırdı (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklif olunurdu.