Kombaynlar icra başçılarının inhisarındadırbackend

Kombaynlar icra başçılarının inhisarındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsil natura iqtisadiyyatı formalaşıb.”

FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında bildirib.

O qeyd edib ki, əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat, 3-5 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır, Bakıda isə Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır:

“Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. Cəlilabad və Masallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur. Bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub. Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub.”