Komaya düşən DSK sədri vəfat etdibackend

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri vəfat edib.

APA-nın  məlumatına görə, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

Qeyd edilir ki, 65 yaşlı Şükür İmanov böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bir il əvvəl ona bacısının böyrəyi köçürülüb. Eyni zamanda kardioloji problemi və ağır diabet xəstəsi olan DSK sədrinin son bir neçə gündə orqanizmi müalicələrə tabe olmadığından komatoz vəziyyətə düşüb və süni nəfəs aparatına qoşulub.

Bakıdakı xəstəxanalardan birində müalicə alan Ş. İmanov yaxınlarının xahişi ilə yaşadığı evə aparılıb və fevralın 19-da dünyasını dəyişib.

 

14:03

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.

Ş.İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son üç gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.

Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək, İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.

Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.