Tribuna İnformasiya Agentliyi

Komandamız şahmat üzrə dünya çempionatında yeddinci oldu

15 Mart
Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.
TİA.AZ xəbər verir ki, komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib.
Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.
Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub.
İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.