Kolleclərə qəbulun nəticələri açıqlandıbackend

Kolleclərə qəbulun nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.
DİM-dən  verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz 4166 4019 112 4131 99.16
Dövlət ödənişli 4983 4804 87 4891 98.15
Özəl 300 280 20 300 100.00
Cəmi 9449 9103 219 9322 98.66
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 8054 7900 154 8054 100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1395 1203 65 1268 90.90
Cəmi 9449 9103 219 9322 98.66
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.