Kolbasa-sosis xərçəng əmələ gətirən məhsullar kimi qəbul edilibbackend

Kolbasa-sosis xərçəng əmələ gətirən məhsullar kimi qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hisə verilmiş, konservantlar və s. kimyəvi maddələr əlavə olunmuş ət məhsullarını (kolbasa, sosis, vetçina və s.) kanserogen (xərçəng əmələ gətirən) məhsullar kimi qəbul etdi.

10 ölkədən olan 22 alim və həkimlərdən ibarət İş qrupu ÜST-ına kolbasa məmulatların kanserogen olmağı barədə sübutlar təqdim etdilər.

Alimlərin araşdırmalarına əsasən, bu məmulatların 50 qr həcmində gündəlik qəbulu düz bağırsağın xərçənginin riskini 18% artırır.

World Cancer Research Fund (onkoloji xəstəliklərin araşdırmaları ilə məşğul olan ümumdünya təşkilatı) kolbasa məmulatlarını və hisə verilmiş əti qidalanmadan tam çıxartmaq tövsiyə edir.