Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaqbackend

Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq

Bu il ərzində peşə təhsili üzrə ixtisasların Təsnifatının yenilənməsi gözlənilir.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərinə görə, ölkə başçısının qoyduğu istiqamətlərə uyğun olaraq peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, köhnəlmiş və lazımsız ixtisasların isə tədrisi dayandırılacaq.

P.Yusifov qeyd edib ki, bu il həmçinin ilk dəfə olaraq yüksək texniki peşə təhsili səviyyəsi olaraq 2 ixtisas üzrə qəbul həyata keçiriləcək, bunlar nəqliyyat vasitələrinin istismarı və informasiya texnologiyaları ilə bağlı ixtisaslar olacaq:

“İxtisaslı kadrların hazırlanması üçün qısamüddətli təlimlər vasitəsilə peşə təhsili və təliminin əhatə dairəsinin genişləndirilməsi builki digər hədəflərimizdəndir. Burada ilk növbədə məsafədən, mümkün olduğu halda isə kiçik qruplar halında əmək bazarının tələblərinə uyğun kursların keçirilməsi planlaşdırılır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki