access_time Dərc olunub: 09:37
Ərdoğan-Putin görüşü 2 saat 10 dəqiqə çəkdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başa çatıb. TİA.AZ azvision.az -a istinadən xəbər verir ki, Soçidə baş tutan görüş 2 saat 10 dəqiqə davam edib. Putin bildirib ki, Moskva-Ankara münasibətləri tam bərpa olunub. Rusiya liderinin sözlərinə görə, cari ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Ərdoğan isə deyib ki, Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər inkişaf edir.

Şərhlər