KÖÇƏRYANIN ADAMLARI LAÇINDA, ONLARI “BAYRAKTAR”LA VURAQMI? – HƏRBİ EKSPERTDƏN AÇIQLAMAbackend

KÖÇƏRYANIN ADAMLARI LAÇINDA, ONLARI “BAYRAKTAR”LA VURAQMI? – HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfi ilə razılaşdırılmadan istənilən kənar şəxsin Qarabağ ərazisinə Rusiya sülhməramlıları tərəfindən buraxılması yolverilməz haldır”. Bunu TİA. Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev “Hayastan” blokunun bir qrup deputatının dünən Qarabağa getməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, buna yol verənlər mütləq məsuliyyət daşımalıdır:
“Biz daha əvvələr ora gələn heyətlərin bəzən geri qaytarıldığını bəzən isə əraziyə buraxıldığının da şahidi olmuşuq. Yəni bu ilk dəfə deyil ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərini aşırlar. Hesab edirəm ki, bunu biz rəsmi qurumlarımızdan da münasibət öyrənməliyik. Ola bilər ki, bu, mümkün tənzimlənmə prosesi ilə yəni Ermənistan tərəfi ilə razılaşdırılmış addım da ola bilər. Əgər bu fakt Azərbaycan tərəfi ilə razılaşdırılmayıbsa, Azərbaycan ərazisinə girən, bizim icazəmiz olmadan daxil olan istənilən şəxs Azərbaycan ordusu üçün legitim hədəfə çevrilə bilər”.
Qeyd edək ki, “Hraparak” erməni nəşri yazır ki, bu ilin yazında Fərruxdakı yüksəkliklərin Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra baş vermiş insidentin, yəni bir qrup deputatın Laçın keçid məntəqəsindən geri qaytarılmasının təkrarlana biləcəyi qorxusuna rəğmən Ermənistan parlamentinin üzvləri bu dəfə dövlət sərhədimizdən maneəsiz keçiblər.

Aytac

TİA. Az