Köçəryan hərbi qiyamı dəstəklədi – Xalqı hərbçilərə qoşulmağa çağırdıbackend

Köçəryan hərbi qiyamı dəstəklədi – Xalqı hərbçilərə qoşulmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci prezidenti Robert Köçəryan erməni xalqına müraciət edərək, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləməyə çağırıb.

“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, Köçəryan “Teleqram” kanalında yaydığı açıqlamada hərbi çevrilişi dəstəkləyib.

“Bu taleyüklü məqamda dövlətimizin ağaları olun, Silahlı Qüvvələrin və Ermənistan ordusunun yanında durun. Müharibədə məğlub olaraq torpağı təslim edən səlahiyyətlilər getməlidir. Bura milli dirçəliş salonumuzdur”, – deyə keçmiş prezident vurğulayıb.