Tribuna İnformasiya Agentliyi

“İKİNCİ ERMƏNİ DÖVLƏTİ OLMAYACAQ”

06 Aprel

İşğalçı Erməni dəstəkçilərinin Azərbaycan-Qarabağla bağlı sərsəmləmələri davam edir. İşğalçı tərəf hər vəchlə dünya ictimaiyyətinin əlinə yersiz bəhanələr verməyə çalışır.   

İşğalçı Erməni dəstəkçilərinin Azərbaycan-Qarabağla bağlı sərsəmləmələri davam edir. İşğalçı tərəf hər vəchlə dünya ictimaiyyətinin əlinə yersiz bəhanələr verməyə çalışır. 

“Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyanın İrəvanda jurnalistlərlə söhbətində “Azərbaycan rəhbərliyinin məqsədidemək olar kiQarabağ deyil. Onların məqsədi bu regiondan erməni amilini yox etməkdir. Qarabağ məsələsi, sadəcə, bəhanədir” deyib.

Politoloq Arzu Nağıyev TİA.AZ-a bildirdi ki, erməni ekspertinin bu sözləri Azərbaycanı bir insan hüquqlarını pozan, hər bir millətin öz milli müqəddaratını həll etmək hüququna imkan verməyən dövlət kimi göstərməkdən başqa bir şey deyildir: “Məlum məsələdir ki, Azərbaycan heç bir vaxt imkan verməyəcəkdir ki, öz ərazilərində ikinci bir erməni dövləti yaransın. Lakin biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ ərazisində yaşayan bütün millətlər,eyni zamanda ermənilər də bizim vətəndaşlarımızdır və gələcəkdə də belə olacaq”. 

İlahə