Tribuna İnformasiya Agentliyi

Klipimiz “Eurovision TV”də niyə yayımlanmır? – VİDEO

10 Mart

Xəbər verdiyim kimi, Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova (Aisel) “X my heart” adlı musiqi nömrəsi ilə çıxış edəcək.Mahnıya çəkilən klip isə bir neçə gün bundan əvvəl təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, Roula Koutroubelinin çəkdiyi ekran işi müsabiqənin rəsmi “Youtube” səhifəsinə qoyulmaması müzakirələrə səbəb olub.

Müsabiqəsinin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” mövzu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Aiselin klipi bazar ertəsindən etibarən Avroviziyanın rəsmi səhifələrində yayımlanacaq:

“Ayselin “X My Heart” adlı klipi bazar ertəsindən etibarən eurovision.tv-nin rəsmi “Youtube” kanalında yayımlanacaq”.

Xatırladaq ki, Portuqaliyada keçirilən müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Aysel birinci yarımfinalda səhnəyə çıxacaq.