Kiyevin atəşə tutulması nəticəsində 1 nəfər ölübbackend

Kiyevin atəşə tutulması nəticəsində 1 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevin Darnitsa rayonunun Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
TİA.AZ xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko ümum-Ukrayna telemarafonunun efirində bildirib.

“Sirr deyil ki, srağagün və ya dünən Rusiya generallarından biri çıxış edərək mühüm obyektlərə və şəhərlərə hücumların olacağını deyib, həmçinin Kiyevə hücumların olacağını istisna etməyib. Bu gün səhər biz bu vədləri öz üzərimizdə hiss etdik. Baxmayaraq ki, bizim hava hücumundan müdafiə vasitələrimiz işləyir, ordumuz müdafiə edir, lakin bütün bunlara rəğmən, Darnitsa bölgəsində partlayışlar baş verib. Bir nəfər ölüb, bir neçə nəfər hazırda xəstəxanadadır, həkimlər həyatları üçün mübarizə aparırlar”, – V.Kliçko bildirib.
O, bir daha kiyevliləri hələ paytaxta qayıtmamağa çağırıb.