Kiyevə hücumda iştirak edən 4 qırıcı, 3 helikopter və 1 PUA vuruldubackend

Kiyevə hücumda iştirak edən 4 qırıcı, 3 helikopter və 1 PUA vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus dörd təyyarə, üç helikopteri və bir pilotsuz uçan aparatı məhv edib.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Martın 13-də döyüşlər zamanı Ukrayna dövlət hava müdafiəsi rusların dörd təyyarəni vurub. Eyni zamanda havadan müdafiə qüvvələrimiz düşmənin 3 helikopterini və bir pilotsuz uçan aparatını məhv edib”, – deyə məlumatda bildirilib.
Verilən məlumata görə, Kiyev vilayətində “Su-35”, “Su-34” və “Su-25” rus təyyarəsi ukraynalı müdafiəçilərin müdafiə istehkamlarına raket və bombalı hücumlar etməyə cəhd edib. Hücumun qarşısı alınıb və təyyarələr vurulub.
Bundan əlavə, Ukraynan zenit-raket qüvvələri rusların üç helikopterinin və bir pilotsuz uçan aparatın məğlubiyyəti barədə məlumat verilib.