Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi – VİDEObackend

Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.

Ukraynada azərbaycanlıların “Analitika və İnformasiya Platforması” təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov  bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.

Kiyevin Peçersk rayon polisi artıq 1969-cu il təvəllüdlü ukraynalının ölümündə şübhəli bilinən həmyerlimizi saxlayıb. Rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, hadisəyə səbəb olaraq azərbaycanlının avtomobili idarə edərkən piyada keçidinə çox yaxınlaşması və piyadanın buna təhqirlə reaksiya verməsi olub.