Kiyevdə bomba sığınacaqları hazırlanmağa başladı – Rusiya işğalıbackend

Kiyevdə bomba sığınacaqları hazırlanmağa başladı – Rusiya işğalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gəlin bomba sığınacaqlarından başlayaq”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Kiyev şəhər dövlət administrasiyası rəhbərinin bələdiyyə təhlükəsizliyi üzrə müavini Andrey Krişşenko “Rusiya işğalı”na hazırlıq barədə danışarkən deyib.
“Bunlar köhnə, hələ də sovet strukturlarıdır, əsasən iri müəssisələrdə olub. İnfrastruktur var, yaxşı möhkəmləndirilib və çoxlu sayda insan üçün nəzərdə tutulub.
Gələn həftədən insanlar sirenaları eşidəndə qorxmasınlar deyə məlumat kampaniyasına başlayacağıq. Bir neçə həftədən sonra isə biz onları işə salıb məşq edəcəyik ki, insanlar küylənmədən nə edəcəyini başa düşsünlər”, – Krişşenko bildirib.
4000-dən çox sığınacaq və ikili təyinatlı obyektlərin yoxlanılması planlaşdırılır.