Tribuna İnformasiya Agentliyi

Kiyevdə rusiyalı diplomatın başına `brilliant suyu` tökdülər

09 May

Kiyevdə Rusiya Elm və Mədəniyyəm Mərkəzinin rəhbəri Konstantin Vorobyov hücuma məruz qalıb. O, jurnalistlərə bildirib ki, Əbədi məşələ və Nikolay Vatutinin abidəsinə çələng qoymağa hazırlaşırmış.

FaktXeber.com-un espresso-ya istinadla verdiyi məlumata görə, radikallar onu evinin yaxınlığında gözləyirmiş. Zərərçəkən onların C14 millətçi təşkilatının üzvləri olduğunu güman edir.

Hücumçular Vorobyovun başına brilliant suyu töküb, səbəbini izah etmədən bundan sonra onu daha ciddi cəza gözlədiyini bildiriblər.

Qeyd edək ki, Vorobyov Ukraynada diplomatik statusa malikdir.