Kiyev Tehranı beynəlxalq məhkəməyə verirbackend

Kiyev Tehranı beynəlxalq məhkəməyə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna İran ordusu tərəfindən yanlışlıqla vurulan və 176 nfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə mürciət edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Yevgeyni Yenin açıqlama verib. O, istintaqla bağlı müzakirələrin nəticə verməyəcəyi təqdirdə İranı beynəxalq məhkəməyə verməkdən başqa seçimləri olmayacağını deyib.
Bu sadəcə Ukrayna ilə bağlı məsələ deyil. Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukraynanın birgə məsələsidir. İstintaq lazımi sürətdə aparılmır. Təyyarənin qara qutusunun oxunması və kodların açılması məsələsində heç bir irəliləyiş qeydə alınmayıb”, – deyə nazir bildirib.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid Boeing 737-800 tipli sərnişin təyyarəsi Tehranın İmam Xamneyi Beynəlxaql Aeroportundan havaya qaldıqdan qısa müddət sonra İran İnqilab Keşikçiləri Korpusu tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 176 nəfər həyatını itirib. Ölənlərin 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya və 3-ü də İngiltərə vətəndaşı olub.
İran təyyarənin qırıcı olduğu zənn edilərək səhvən vurulduğunu etiraf edərək, üzr istəmişdi.