Kiyev səmasında düşmənin qanadlı raketi vuruldu (FOTO)backend

Kiyev səmasında düşmənin qanadlı raketi vuruldu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün, martın 14-də Ukrayna Silahlı Qüvvələri Kiyev səmasında rus işğalçılarının qanadlı raketini vurub.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, Kurenevka ərazisinə düşmən raketinin qalıqlarının düşdüyü bildirilir.
Raketin düşməsi nəticəsində binalara qismən ziyan dəyib, həmin vaxt ərazidə hərəkət edən trolleybus da sıradan çıxıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan Rusiya ordusu böyük itkilər verib. Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 12 mindən çox düşmən heyəti Ukrayna qüvvələri tərəfindən öldürülüb. Həmçinin tanklar, təyyarələr, raketlər, döyüş maşınları və s. sıradan çıxarılıb, qənimət götürülüb.