KİV: Rusiya xüsusi texnikası Belarus sərhədinə doğru yola düşübbackend

KİV: Rusiya xüsusi texnikası Belarus sərhədinə doğru yola düşüb

Rusiyada 40-dək “Ural” və KamAZ markalı nömrəsiz yük maşınlarının Belarus sərhədinə doğru irəlilədiyi müşahidə edilib.

“Report” “Fontanka”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Conflict Intelligence Team (CIT) yayıb.

Məlumata görə, həmin nəqliyyat vasitələrində 600-dək insan yer ala bilər. Bununla birgə, “Twitter”də Belarusda ZTR karvanının görüldüyü barədə məlumatlar yayılıb.

Qeyd edək ki, avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sərhədyanı bölgədə yerləşən Vitebskdəki desant briqadasını ölkənin qərbindəki Qrodnoya göndərib. Buna səbəb ölkənin Qrodnoda vəziyyətin gərginləşməsinin qarşısını almaq olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki