KİV: Ronaldu “Yuventus”u tərk etməyə yaxındırbackend

KİV: Ronaldu “Yuventus”u tərk etməyə yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubundan ayrıla bilər.

TİA.AZ-ın məlumatına görə, bunu italiyalı jurnalist Pyetro Baltsano Prota iddia edib.

O, 35 yaşlı hücumçunun cari mövsümün sonunda Turin təmsilçisini tərk etməyə yaxın olduğunu bildirib.

Tərəflərin mümkün ayrılma səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 117 min avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib. Portuqaliyalı forvardın müqaviləsi 2022-ci ildə başa çatır. Ronaldu cari mövsüm 32 oyunda meydanda olub, 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.