ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.
TİA.AZ xəbər verir ki, bunu ABŞ-ın “Politico” qəzeti yazıb.
Bildiriblər ki, Azərbaycan həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələr qurub, lakin onu da əlavə ediblər ki, C.Baydenin belə bir seçimi ermənilərin mənfi reaksiyasına səbəb ola bilər.
Xatırladaq ki, Bakı artıq bir neçə dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və NATO Hərbi Komitəsinin rəhbərinin görüşlərinə ev sahibliyi edib.