KİV: “Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb”backend

KİV: “Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Xidməti azərbaycanlı sərhədçiyə hücum etmiş erməni hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı operativ axtarış tədbirlərinə başlayıb.
Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəd zastavalarından birində hücum barədə Ermənistan tərəfini məlumatlandırıb.
“Hazırda Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında operativ araşdırma və axtarış tədbirləri həyata keçirirlər”, – Ermənistan MTX-nin Mətbuat Xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, avqustun 25-də iki erməni hərbçi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevə süngü bıçağı ilə hücum ediblər. Hadisə “Qubadlı” əlahiddə sərhəd diviziyasının Gorus-Qafan yolunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən məntəqəsinin ərazisində baş verib. Sərhəd qulluqçularının köməyə gəldiyini görən erməni hərbçilər qaçıblar. Hazırda yaralı əsrgərin həyatı üçün heç bir təhlükə yoxdur.