KİV: Davosda rusiyalı casuslar saxlanılıbbackend

KİV: Davosda rusiyalı casuslar saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı saxlanılıb.

TİA.AZ xəbər verir ki, bunu İsveçrənin gündəlik “Tages-Anzeiger” qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2019-cu ilin avqust ayında casus olduğu güman edilən 2 rusiyalı Ümumdünya İqtisadi Forumuna hazırlıq işlərini izləməkdə şübhəli bilinib. Onlardan biri saxlanılarkən özünü santexnik kimi təqdim etsə də, onların üzərində diplomatik pasport aşkar edilib. Amma hüquq-mühafizə orqanları onları həbs etməyib, nəticədə rusiyalı casuslar İsveçrəni tərk ediblər.

Məqalədə qeyd olunub ki, rusiyalı casusların hədəfləri arasında foruma dəvət olunan Kremlin tənqidçisi, “Hermitage Capital” Fondunun qurucusu Vilyam Brauder ola bilərdi.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/