Tribuna İnformasiya Agentliyi

KİV: Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət verib

10 Aprel

Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rüşvət verib.

“Report” “İnside the Games”ə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 27 üzvü Pxençxanın namizədliyini marketinq və sponsorluq müqavilələri qarşılığında dəstəkləyiblər. Bu, Cənubi Koreyanın sabiq prezidenti Li Men Baka qarşı aparılan araşdırmalar zamanı üzə çıxıb.

Rüşvət alan 27 nəfərdən 12-sinin Afrika ölkələrinin Milli Olimpiya Komitələrinin üzvləri olduğu bildirilir. 27 nəfərlik siyahının hazırlanmasında İOC-a Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının sabiq prezidenti Lamin Diakın oğlu köməklik göstərib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib.