Tribuna İnformasiya Agentliyi

KİV: Britaniya HHQ Suriyaya zərbə endirməyə hazırdır

12 Aprel

Britaniyanın Kiprdəki Hərbi Hava Qüvvələri Suriyaya zərbə endirmək üçün tam döyüş hazırlığına gətirilib.

“Report”un məlumatına görə, bu barədə “Times” mənbəyə istinadən bildirib.

“Bizim təyyarələrimiz Akrotiridəki (Britaniyanın Kiprdəki hərbi bazası) uçuş-eniş zolağındadır”, – deyə qəzet hökumətdəki mənbəyə istinadən yazıb. “Biz hazırıq”, – deyə mənbə əlavə edib.

Qəzetin məlumatına görə, Britaniyanın “Type 45 Destroyer” və “HMS Dunca” eskadra minadaşıyıcıları da zərurət olduqda əməliyyata qoşula bilərlər.

Daha əvvəl “Telegraph” qəzeti də mənbəyə istinadən baş nazir Tereza Meyin Britaniyanın sualtı qayıqlarına Suriya sahillərinə doğru istiqamətlənməyi əmr etməsi haqda yazıb.