KİV: AFFA Qriqorçukla danışıqlara başladıbackend

KİV: AFFA Qriqorçukla danışıqlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Astana” klubu ilə yollarını ayıran Roman Qriqorçuk Azərbaycan millisini çalışdıra bilər.

Bununla bağlı Sport.ua məlumat yayıb.

Bildirilib ki, AFFA artıq baş məşqçi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, ötən mövsüm Qriqorçuk “Astana” ilə Qazaxıstan Superkubokunu, Premyer Liqanı qazanıb və klubu Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal topladıqdan sonra ötən ilin dekabrında qovulub.