Tribuna İnformasiya Agentliyi

KİV: “Əsədin ailəsi İrana qaçır”

11 Aprel
Suriya prezidenti Bəşər Əl-Əsədin ailəsi bu həftənin sonunadək Tehrana gəlməlidir.
Bu barədə İran KİV-ləri məlumat verib.
Xəbərdə deyilir ki, ABŞ-ın Suriyaya irimiqyaslı hərbi zərbə hazırlaması xəbərindən sonra Suriya başçısı Bəşər Əsədin ailəsi və Suriya hökuməti üzvlərinin ailələri Tehrana gedirlər.
Suriya liderlərinin ailələrinin bəzi üzvləri artıq bir neçə gün əvvəl İrana köçüblər.
Əsədə yaxın mənbənin sözlərinə istinad edərək nəşriyyat yazır:
“ABŞ-ın Dəməşqə zərbə təhlükəsi ilə əlaqədar Bəşər Əl-Əsədin ailəsinin Tehrana göndərilməsinə qərarı verildi”.
“Suriya hökumət liderlərinin və onların ailələrində qorxu və çaxnaşma hökm sürür. Liderlərin bir çoxlarının ailələri artıq həftənin bazar ertəsi günü Suriyadan İrana göndərilib”, – mənbələr əlavə ediblər.
Buna baxmayaraq, Əsədin Dəməşqdə qalacağı və ya ailəsi ilə birlikdə tərk gedəcəyi deyilmir.(Oxu.Az )