Kitabsevərlərə şad xəbər! – Yenə sərgi olacaqbackend

Kitabsevərlərə şad xəbər! – Yenə sərgi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 sentyabr – 1 oktyabr tarixlərində Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keçiriləcək.
Tədbirin təşkilatçısı “Qanun” Nəşrlər Evindən TİA.AZ-a verilən məlumata görə, sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.
Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Bir həftə ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.
Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.