Kişilər onlayn ticarətdə qadınlardan daha çox pul xərcləyirbackend

Kişilər onlayn ticarətdə qadınlardan daha çox pul xərcləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişilər onlayn ticarət zamanı qadınlardan 30% daha bədxərcdirlər.

TİA.AZ  xəbər verir ki, bu, “Russkiy standart” bankının apardığı araşdırma nəticəsində məlum olub.

Rusiyalıların onlayn ticarətdə xərclədikləri orta hesab adi mağazada xərclədikləri məbləğdən ikiqat çoxdur – 2 101 rubl 1 033-ə qarşı.

Bundan başqa, məlum olub ki, kişilər qadınlardan məişət xidmətlərinə 64%, uşaq məhsullarına 62%, hobbilərə 60%, səyahətə isə 53% daha çox pul xərcləyirlər.

Bildirilib ki, adi mağazalarda da kişilərin çekindəki məbləğ 23% daha yüksək olur.