Kişilər arasında yeni virus ortaya çıxdı – Tutulanlarda sonsuzluq yaradır!backend

Kişilər arasında yeni virus ortaya çıxdı – Tutulanlarda sonsuzluq yaradır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mütəxəssislər qonoreya virusu barədə xəbərdarlıq edib. 
 Avstraliyada bir kişi dərmana davamlı qonoreya xəstəliyi tutub. Mütəxəssislər bu xəstəliklə bağlı ciddi xəbərdarlıq ediblər.
Bildirilib ki, adı açıqlanmayan 50 yaşlı kişi Kambocada tətildə olarkən bir qadın ilə qorunmadan cinsi əlaqədə olub və virusa oradan yoluxub. Kişi beş gün sonra evə qayıdanda və ilk simptomları görəndə dərhal səhiyyə müəssisəsinə müraciət edib. Tibbi müayinələr zamanı onun qonoreya (bu cinsi yolla yoluxa bilən ən çox yayılmış xəstəliklərdən biridir) olduğu müəyyən edilib və ona xəstəliyin müalicəsində istifadə olunan antibiotiklər verilib.
Dərmanlar onun simptomlarını aradan qaldırsa da, təkrar test hələ də müsbət olub. Bu, müalicənin texniki cəhətdən uğursuz olduğunu sübut edib.
Həkimlər yeni variantı “dərmana son dərəcə davamlı” xarakterizə ediblər. Onlar xəbərdarlıq ediblər ki, ocaq söndürülməsə, xəstəlik kişilər arasında sürətlə yayılacaq və bu kişi sonsuzluğunun sayını artıracaq.
Avstriya Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyindən Dr Sonja Pleininger son hadisədən sonra ortaya çıxan qonoreyanın “qlobal ictimai sağlamlıq təhlükəsi” olduğunu söyləyib.
Həkimlər bildirib ki, xəstəlik müalicə olunmazsa, kişi və qadın sonsuzluğu, potensial həyati təhlükəsi olan çanaq orqanlarının iltihabi xəstəliyi kimi ciddi fəsadlara səbəb ola bilər. Hamilə qadınlarda və yeni doğulmuş körpələrdə daimi korluğa səbəb ola bilər.