Tribuna İnformasiya Agentliyi

Kişilərin sağlamlığı üçün faydalı şirələr açıqlandı

19 Oktyabr

Avropalı alimlər kişilərin sağlamlığı üçün faydalı ola şirələri açıqlayıb.

TİA.AZ -ın “Utro.ru”ya istinadən məlumatına görə, onlardan biri nar şirəsidir. Onun tərkibində çox sayda faydalı komponentlər var. Nar şirəsi A, B1, B2, B6 və C vitaminləri, eləcə də dəmir, maqnium, kalium və fosforla zəngindir. Antioksidantların sayına görə o hətta qırmızı şərabı geridə qoyur. Damarlar üçün faydalı olan şirə potensiyanı yüksəldir.

Qarpız şirəsi də oxşar təsirə malikdir. Belə ki, onun tərkibində damarları genişləndirən aminoturşu – sitrullin var.

Balqabaq və kərəviz şirələri testosteronun səviyyəsini yüksəldir. Bundan əlavə, sinklə zəngin olan balqabaq prostatitin profilaktikası üçün faydalıdır. Kərəviz isə mədə-bağırsaq traktatı və sidik daşı xəstəlikləri zamanı kömək edir.