Kişi olduğu iddia edilən İran millisinin qapıçısı danışdı – VİDEObackend

Kişi olduğu iddia edilən İran millisinin qapıçısı danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kişi olduğu iddia edilən İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Xudayi İordaniya Futbol Federasiyasını məhkəməyə verəcək.
Bu barədə idmançı yerli mətbuata açıqlaması zamanı danışıb.
Zöhrə Xudayi cinsiyyətinin qadın olmasını təsdiqləyib: “Mən qadınam. İordaniya Futbol Assosiasiyasını məhkəməyə verəcəm. Onların mənə qarşı etdiyi zorakılıqdır.”
Qeyd edək ki, 34 yaşlı qolkiper Z.Xudayinin oyunu nəticəsində İran millisi İordaniya yığmasına qalib gəlib. Qarşılaşmadan sonra rəqib komanda İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.